Qurumlararası və /və ya səviyyəarası qarşılıqlı əlaqə sistemi.
Xidmətin əldə edilməsi üçün lazım olan bütün sənədləri üç qrupa bölmək olar:
01 iyul 2012-ci il tarixdən etibarən, dövlət və bələdiyyə xidmətlərini təqdim edən orqanların sərəncamında olan sənəd və məlumatları ərizəçidən tələb olunması qadağan olunmuşdur. Başqa sözlərlə, hal-hazırda təqdim edilməli olan sənədlərin siyahısı azaldılmışdır – həmin siyahıdan dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanlarında saxlanılan sənədlər çıxarılmışdır. Bu sənədləri xidməti göstərən orqan, qurumlararası və səviyyəarası qarşılıqlı əlaqə sistemi üzrə özü sorğu etməlidir.
Qurumlararası qarşılıqlı əlaqə çərçivəsində daha çox nə sorğu edilir.
Bu qaydadan vacib rəy irəli gəlir. Ərizəçi özü “şəxsi saxlanan” sənədlər kimi adlanan sənədləri təqdim etməlidir. Onların sırasına Rusiya Federasiyasının vətəndaşının, əcnəbi vətəndaşın, vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən, o cümlədən yaşayış yeri və ya oladuğu yer və s. üzrə qeydiyyatı təsdiq edən müvəqqəti yaşamaq üçün icazə və qaçqın vəsiqəsi kimi sənədlər daxildir.
“Şəxsi saxlanma” sənədlərinin siyahısı 27.07.2010-cu il tarixli, 210-ФЗ nömrəli “Dövlət və bələdiyyə xidmətlərinin təqdim olunmasının təskili haqqında” Federal qanununun 6-cı maddəsində sadalanmış və bu siyahı tamdır. Sənədlərin bütün siyahısı ilə burada tanış olmaq olar.
Şəxsi saxlanma sənədlərindən başqa ərizəçinin özünün, xidmətin əldə edilməsindən əvvəl əldə olunması tələb olunan sənədləri təqdim edilməlidir. Həmin sənədlər, məsələn bunlar ola bilər: torpaq sahəsinin bölünməsi haqqında sənədləri, tibbi müəssisələrinin rəy və arayışlarını, müxtəlif laboratoriyalarının arayışları, notarial hərəkətlər və s. sənədlər. Bu sənədlər bir qayda olaraq, hakimiyyət orqanlarında və yerli özünü idarəetmə orqanlarında mövcu olmur və ödənişli olurlar. Lazımi və məcburi xidmətlərin siyahısı regional səviyyəli normativ hüquqi aktla və hər bir bələdiyyə üçün təsdiq edilir. Bu siyahı tam olur.
“Şəxsi saxlanma” və lazımi və məcburi xidmətlərin nəticəsi olan sənədləri istisna qaydası kimi hakimiyyət orqanı və yerli özünüidarəetmə orqanı tərəfindən ərizəçidən tələb oluna bilməz.