“Мои документы” dövlət və bələdiyyə xidmətlərinin təqdim edilməsinin Çox funksiyalı Mərkəzi – dövlət və bələdiyyə xidmətlərinin təqdim edilməsinin təşkili üzrə səlahiyyətli olan təşkilatdır. ÇFM-in əməkdaşı dövlət və bələdiyyə qulluqçusu sayılmır, həmin əməkdaş ərizəçi ilə xidməti təqdim edən orqan arasında vasitəçidir. ÇFM-nin əməkdaşı xidmətlərin əldə edilməsi ilə bağlı sənədləri alır və həmin sənədlrəi dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim edir.
Hal-hazırda Perm diyarının çox funksiyalı mərkəzin bazasında “bir pəncərə” rəjimində bir sıra istiqamətlər üzrə 200-dən çox dövlət (bələdiyyə) xidmətlərinin əldə edilməsi təşkil edilmişdir, bu xidmət istiqamətləri aşağıdakı kimidir: əhaliyə sosial dəstək; daşınmaz əmlaka dair hüquqların və onlarla bağlı əqdlərin qeydiyyatı; ərizəçinin mülki-hüquq statusununun müəyyən edilməsi və təsdiqi; sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və s.
Xidmətlərin tam siyahısını burada aşkar etmək olar.
Perm diyarında sayı 19 yaxın olan ÇFM mövcuddur, onlar Perm, Berezniki, Dobryanka, Krasnokamsk, Kunqur, Kudımkar, Lısva, Solikamsk şəhərlərində, Oktyabrskiy qəsəbəsində, Kunqurskoye rayonunun Moxovoye kəndində, Perm rayonunun Ust-Kaçka kəndi, Barda kəndi, Krasnovişersk şəhərində fəaliyyət göstərirlər.
Perm diyarında 2015-ci ilə kimi 305-ə yaxın ÇFM fəaliyyət göstərəcək. Beləliklə, xidmətlərin əlverişliliyinin səviyyəsi “bir pəncərə” rejimində 90%-dək yüksələcək. Bu da o deməkdir ki, çoxfunksiyalı mərkəzlər və məsafə “pəncələri” Permin və Perm diyarındakı bələdiyyələrinin hər bir rayonununda işləyəcək.
Perm diyarının ÇFM-nin əlaqə məlumatının burada tapa bilərsiniz.