İnzibati qayda

Hər bir dövlət və ya bələdiyyə xidməti üçün inzibati qayda işlənib hazırlanmalı və təsdiq edilməlidir. İnzibati qayda – dövlət və bələdiyyə xidmətinin təqdim edilməsi qaydasını və standartını müəyyən edən normativ hüquqi aktdır.

İnzibati qayda üzrə xidmətlərin əldə edilməsində əsas köməkçi vasitədir:

  • o, hakimiyyət orqanları ilə qarşılıqlı əlaqələri anlaşılan edir (vətəndaşın hara və hansı qaydada müraciət edə bilməyini, nəyi və hansı qaydada əldə edə bilməsini);
  • məmurların şəxsi mülahizələrinə əsasən hərəkət etməyə imkanının məhdudlaşdırır;
  • xidmətləri əldə edən şəxsə inzibati qayda üzrə normalarına riayət edilməsini tələb etməyə və həmin tələblər icra edilmədikdə yuxarı hakimiyyət orqanına və məhkəməyə müraciət etməyə imkan verir.

İnzibati qaydada hər bir xidməti hərəkət ardıcıllığı və bu xidmətləri dövlət və bələdiyyə qulluqçuları tərəfindən yerinə yetirilməli olan icra qaydasını müəyyən edir. Lakin xidmətləri əldə edən tərəfin nöqteyi nəzərindən bu halda ən vacib və məlumatlandırıcı bölmə “Dövlət və ya bələdiyyə xidmətlərinin təqdim edilmə standartı” bölməsi hesab edilir.

İnzibati qaydada ərizəçi aşağıdakı məlumatları əldə edə bilər:

  • xidmətlərin əldə edilməsi üçün kim müraciət edə bilər (məsələn, ərizəçi RF-nın vətəndaşı olması mütləqdir mi və ya Perm vilayətində yaşanların hamısı bu xidməti əldə edə bilərmi);
  • xidmətin əldə edilməsinin hansı üsulları mövcuddur (quruma şəxsən gəlmək vacibdir mi və ya dövlət və bələdiyyə portalı vasitəsi ilə müraciət mümkündür)
  • xidmətlərin təqdim edildiyi Çox funksiyalı Mərkəzə (ÇFM) müraciət etməklə xidməti əldə edilməsi;
  • xidmətlərin əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı (inzibati qaydada olan sənədlərin siyahısı tamdır – inzibati qaydada göstərilməyən sənədlərin tələb etmək qadağandır);
  • xidmətin nəticəsi hansı müddət keçdikdən sonra ərizəçiyə təqdim edilməlidir (xidmətin icra müddəti);
  • hansı əsaslar üzrə dövlət və ya bələdiyyə xidmətlərinin göstərilməsindən imtina edilə bilər (həmin əsasların siyahısı tamdır).

Bundan başqa, inzibati qaydada xidmətin əldə edilməsi üçün müraciət edilməli olan qurumların ünvanlarını və əlaqə vasitələrini, xidmətlər keyfiyyətsiz şəkildə təqdim edildikdə və ya xidmətin göstərilməsindən imtina edildikdə, kimə və hara şikayət edilməli olduğu barədə məlumatı almaq olar. İnzibati qaydaya olan əlavədə dövlət və ya bələdiyyə xidmətlərinin təqdim edilməsinin blok-sxemi göstərilmişdir – həmin blok-sxemdə sxematik formada əks olunmuş xidmətlərin göstərilməsinin əsas prosedurları öz əksini tapmışdır.

İnzibati qaydanı harada tapmaq olar:

  1. Xidmətin göstəridiyi qurumun rəsmi saytında;
  2. Perm vilayətinin dövlət və ya bələdiyyə xidmətlərinin portalında http://gosuslugi.permkrai.ru/ və ya Dövlət xidmətlərinin Vahid portalında http://www.gosuslugi.ru/.
  3. Yaxınlıqdakı kitabxananın hüquqi məlumat Mərkəzində, həmin mərkəzdə olan hüquqi məlumatdan istifadə edildikdə (Misal üçün, Perm şəhərində Lenin küçəsi, 70 ünvanında yerləşən Qorki adına kitabxanaya müraciət etmək olar)
  4. “Rossiyskaya qazeta”nın  saytında (federal hakimiyyət orqanları üçün).

© Фонд "Центр гражданского анализа и независимых исследований"

При реализации проекта используются средства государственной поддержки, выделенные в качестве гранта в соответствии с распоряжением Президента РФ от 18.09.2013 № 348-рп, и на основании конкурса, проведенного Движением «Гражданское достоинство»

2014 - 2024