Şikayət vermək hüququ

Əgər ərizəçi ona dövlət və ya bələdiyyə xidmətinin göstərildiyi zaman hüquqlarının pozulduğunu hesab edərsə, o öz hüququnu məhkəməyə müraciət etmədən müdafiə edə bilər. Bunun üçün ərizəçi dövlət və ya bələdiyyə xidmətini göstərən orqanın rəhbərinə və ya yuxarı təşkilata müraciət edə bilər.

Hakimiyyət orqanlarına müraciət edilməsi üzrə məsləhətləri buradan tapa bilərsiniz.

Şikayət verilən ehtimal olunan pozuntular:

  1. dövlət və ya bələdiyyə xidmətinin göstərilməsi haqqında ərizənin qeydiyyatı tarixi pozulduqda;
  2. dövlət və ya bələdiyyə xidmətinin göstərilməsi müddətinin pozulması;
  3. dövlət və bələdiyyə xidmətinin göstərilməsi üçün tələb olunmayan sənədlər tələb edildikdə;
  4. dövlət və bələdiyyə xidmətinin göstərilməsi üçün tələb olunan sənədlərin qəbulundan imtina edildikdə;
  5. dövlət və bələdiyyə xidmətinin təqdim edilməsindən qanunsuz olaraq imtina edildikdə;
  6. dövlət və bələdiyyə xidmətinin göstərilməsi üçün nəzərdə tutulmayan ödənişlərin həyata keçirilməsi tələb olunduqda;
  7. dövlət və bələdiyyə xidməti göstərilərkən sənədlərin üzərində yol verilmiş yazı xətalarının və səhvlərin düzəldilməsindən imtina edildikdə və ya bu cür səhvlərin düzəldilməsi üçün nəzərdə tutlmuş müddət ötürüldükdə.

Şikayəti həm yazılı həm də elektron qaydada təqdim mümkündür.

Şikayətə on beş iş günü ərzində baxılmalıdır. Sənədlərin qəbulundan imtina və sənəd üzərində yolverilmiş yazı xətalarına və səhvlər (və ya bu cür düzəlişlərin edilməli olduğu müddətin ötürülməsindən şikayət verildikdə) ilə bağlı şikayətlərə –  on beş iş günü ərzində baxılmalıdır.

Şikayətə baxıldıqda ərizəçiyə şikayətə baxılmanın nəticələri haqqında əsaslandırılmış cavab göndərilir. Əsaslandırılımış cavabın mahiyyəti tək pozuntulara yol verilib verilməməsindən ibarət olmamalı, həmçinin qəbul edilmiş qərarı əsaslandıran mülahizələr, sübütlar və izahlarla da müşahidə olunmalıdır.

Təcrübəyə görə, dövlət və bələdiyyə xidmətlərinin göstərildiyi sahədə baş verən pozuntuların məhkəməyə qədər həll edilməsi mümkündür. Bir çox hallarda məhkəməyə qədər həlli qaydası ərizəçiyə öz hüquqlarını, məhkəməyə müraciət etməkdən fərqli olaraq, daha çevik və daha sadə şəkildə müdafiə etməyə imkan verir, o cümlədən ərizəçiyə hüquqi məsləhətin alınması (hansı ki çox vaxt ödənişli olur), iddia ərizəsinin tərtib edilməsi, dövlət rüsumunun ödənilməsi kimi xərclərin çəkilməsindən azad edir.

Lakin məhkəməyə qədər (məhkəmədən kənar) həlli imkanının olmasına baxmayaraq, bu ərizəçi üçün, onun hüququ pozulduğu halda prokurorluğa və ya məhkəməyə müraciət etmək imkanını məhdudlaşdırmır.

Rusiya Federasiyasının İnzibati xətalar Məcəlləsində dövlət və ya bələdiyyə xidmətlərinin göstərilməsi sahəsində yol verilən pozuntuların geniş siyahısı üzrə vəzifəli şəxslər üçün fərdi cərimələr formasında inzibati məsuliyyət halları nəzərdə tutulub. Əgər ərizəçi hesab edirsə ki, onun hüquqları pozulub o, prokurorluğu ərizə yaza bilər. Prokuror inzibati xəta üzrə işin qaldırılması səlahiyyətinə malikdir. Əgər işə başlanılıbsa, o sülh məhkəməsinə təqdim edilir, məhkəmə bu halda cərimənin tətbiq edilməsi ilə bağlı qərar qəbul edir:

Əgər ərizəçi şikayətinin yuxarı təşkilat tərəfindən baxılması nəticəsi ilə və/ və ya prokurorluğun cavabı ilə razı olmadıqda o, müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Bunu hüquq və azadlıqların pozulduğunu bildiyi gündən üç ay ərzində etmək vacibdir.


© Фонд "Центр гражданского анализа и независимых исследований"

При реализации проекта используются средства государственной поддержки, выделенные в качестве гранта в соответствии с распоряжением Президента РФ от 18.09.2013 № 348-рп, и на основании конкурса, проведенного Движением «Гражданское достоинство»

2014 - 2024