Hakimiyyət orqanlarına necə müraciət etmək olar

 

Xarici vətəndaşlar hakimiyyət orqanlarına müraciət edərkən hansı hüquqlara malikdirlər

“Federal qanunla müəyyən olunmuş hallar istisna olmaqla, Rusiya Federasiyasında olan xarici vətəndaşlar Rusiya Federasiyasının vətəndaşları ilə bərabər hüquqlardan istifadə edirlər və vəzifələr daşıyırlar”.

“Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında” 25.07.2002-ci il tarixli 115-ФЗ nömrəli Federal Qanunu.

Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, Rusiyanın vətəndaşları kimi aşağıdakı hüququlara malikdirlər:

  • icra hakimiyyəti və yerli özünü idarəetmə orqanlarına, eləcə də dövlət və büdcə müəssisələrinə şəxsi qəbul ilə bağlı və ya yazılı müraciətlər etmək;
  • əlavə sənəd və materialların, o cümlədən elektron formada təqdim edilməsi xahişi ilə müraciət etmək;
  • hakimiyyət orqanının qərarlarından və ya hərəkətsizliyindən şikayət ilə bağlı müraciətlər etmək.
  • müraciətin baxılmasına xitam verilməsini xahiş etmək;
  • məhkəmənin qərarına əsasən müraciətə baxılarkən hakimiyyət orqanının qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə ödənişi almaq.

Hakimiyyət, yerli özünü idarəetmə orqanları, vəzifəli şəxslər borcludur:

  • müraciətə baxılması ilə əlaqədar ərizəçiyə, onun sorğusuna əsasən, sənədlərlə və materiallarla tanış olmasına imkan vermək;
  • müraciət daxil olduğu vaxtdan üç gün ərzində onu qeydiyyata almaq;
  • müraciətə mütləq qaydada baxmaq;
  • məhkəmələr, təhqiqat orqanları və ibtidai istintaq orqanları istisna olmaqla digər hakimiyyət orqanlarından, yerli özünü idarəetmə orqanlarından lazımi sənəd və materialları, o cümlədən onları elektron şəkildə sorğu etmək;
  • müraciətdə qoyulmuş məsələlərə mahiyyəti üzrə yazılı cavab vermək;
  • müraciətləri elektron şəkildə almağı, elektron müraciətləri elektron poçt və ya yazılı şəkildə müraciətdə göstərilən poçt ünvana cavablandıraraq göndərmək;
  • əgər ərizəçi aidiyyəti üzrə müraciət etməyibsə – bu halda müraciətdə göstərilən məsələlərin həll edilməsi səlahiyyətlərinə daxil olan orqana göndərmək və bu barədə ərizəçini məlumatlandırmaq;
  • müraciətdə olan məlumatların, eləcə də vətəndaşın şəxsi həyatı ilə bağlı olan məlumatların yayılmasının qarşısını almaq;

(“Rusiya Federasiyasının vətəndaşlarının müraciətlərinə baxılması qaydası haqqında” 02.05.2006-cı il tarixli 59-ФЗ nömrəli Federal qanunu)

Hakimiyyət orqanına müraciəti necə yazmaq olar

Müraciətinizə formal əsaslar üzrə imtina cavabının verilməməsi üçün hakimiyyət orqanlarına, təşkilatlara və müəssisələrə müraciət ünvanladığınız zaman aşağıda göstərilən qaydalara riayət etmək lazımdır

 Hakimiyyət orqanlarına olan müraciətlərdə aşağıdakılar göstərilməlidir:

  • Müraciəti ünvanladığınız hakimiyyət orqanının adı və ya vəzifəli şəxsinin adı;
  • Ərizəçinin soyadı, onun əlaqələri (ən azı ev ünvanı);
  • Ərizəçinin imzası və tarix.

Müraciət adi məktubla və ya elektron poçt vasitəsi ilə ünvanlana bilər. Elektron poçt vasitəsi ilə müraciət ünvanlandığı zaman müraciətin üzərində imzanın olması mütləq deyil.

Müraciət aşağıdakı hallarda cavabsız saxlanıla bilər:

  • Müraciəti ünvanlayan ərizəçinin soyadı göstərilmədikdə;
  • Cavabın göndərilməli olduğu poçt ünvanı göstərilmədikdə;

Hakimiyyət orqanı aşağıda göstərilən hallarda formal əsaslar üzrə müraciətə baxılmasından imtina edilə bilər:

  • əgər müraciətdə əxlaqsız və ya təhqir xarakterli ifadələr, eləcə də vəzifəli şəxsin həyatı, sağlamlığı və əmlakı, eləcə də ailə üzvləri üçün təhlükələr olduqda;
  • yazılı müraciətin mətni aydın yazılmadıqda və ya oxunmadıqda;
  • dövlət və ya digər sirrin (şəxsi, peşə, xidməti) açılması riskinin olması səbəbindən mahiyyəti üzrə cavablandırılması mümkün olmadıqda.

Bu hallarda hakimiyyət orqanı səbəbini göstərməklə müraciətinizə mahiyyəti üzrə baxılmasının mümkün olmadığı barədə məlumat verməlidir.
Əgər ərizəçi ona verdiyi suala artıq bir dəfə cavab verilmişdirsə hakimiyyət orqanı müraciətə təkrar baxmaqdan imtina və sonrakı yazışmalara xitam verilməsi barədə məlumat verə bilər.

Müraciətin düzgün rəsmiləşdirilməsi

Müraciətin mətnində mütləq göstərilməlidir

  • Kimə – hakimiyyət orqanının adı
  • Kimdən – soyadı, adı və atasının adı, poçt ünvanı;
  • Müraciətin sonunda tarix və imza.

Müraciətin strukturu

 Bir çox müraciətlərdə bir qayda olaraq aşağıda göstərilən strukturdan istifadə edilir:

  1. problemin mahiyyəti,
  2. qısa zəruri izahlar, əvvəl baş verənlər, təfərruatlar,
  3. problem ilə bağlı şəxsi mövqeyi,
  4. arqumentlər, qanunvericilik normalarına istinadlar,
  5. məmura ünvanlanmış tələbin mahiyyəti,
  6. əlavələr,
  7. imza, tarix.

Məlumat sorğusu bir qayda olaraq, daha qısa olur:

  1. müraciət üçün əsaslar,
  2. xahişin mahiyyəti.

Müraciətlərin tərtib edilməsi üzrə məsləhətlər

Çalışdığınız qədər şəxsi müraciətdən istifadə edin, konkret vəzifəli şəxsə müraciət edərkən onun adını və atasının adı göstərin. Tələblərinizdə şəxs əvəzliklərindən istifadə edin – “Sizdən xahiş edirik”. Məktubun mətnini sonun ənənəvi nəzakətlilik sonluq formulu ilə bitirməyiniz tövsiyə olunur – “Hörmətlə,….”.
Müraciətinizin mahiyyəti ilk cümlələrdən aydın olmalıdır. Bu səbəbdən həmişə əsas məsələləri müraciətinizin əvvəlində izah edin.

Əgər əvvəllər hakimiyyət orqanları ilə yazışmalar olubsa bu yazışmaları müraciətinizə əlavə etməyi unutmayın. Əgər şikayətə aşağı orqan tərəfindən baxılmışdırsa və həmin qərardan yuxarı orqana şikayət edirsinizsə mütləq şikayət etdiyiniz cavabın surətini müraciətinizə əlavə edin.

Əgər siz müraciətinizi şəxsən apara bilərsinizsə mütləq müraciətinizin qeydiyyatdan keçirilməsini tələb edin. Bunun üçün məktubunuzun surətini özünüzlə götürün və həmin surətin üzərində müraciətin qeydiyyat tarixini və nömrəsini qeyd edilməsini xahiş edin.

Qanuna görə, adi poçt və ya elektron poçt vasitəsilə daxil olan müraciət 3 gün ərzində qeydiyyata alınmalıdır. Ərizəçi müraciətini ünvanladıqdan sonra istənilən zaman hakimiyyət orqanına müraciət edərək (şəxsən, telefon və ya elektron poçt vasitəsilə) ərizəsinin hansı nömrə ilə qeydiyyata alındığı, eləcə də ərizənin baxılmasına cavabdeh olan icraçının soyadını və telefon nömrəsini öyrənə bilər. Ərizəçi istənilən vaxt şəxsən icraçıya telefonla zəng edərək cavabın müddətləri, nəticələri və əsasları barədə müraqlana bilər.

Məmur müraciəti 7 gün ərzində müstəqil şəkildə aidiyyəti müvafiq səlahiyyətli orqana (vəzifəli şəxsə) yönlədə, sizə isə müvafiq bildiriş göndərə bilər.
Müraciətə qeydiyyatdan keçdiyi gündən 30 gün ərzində baxılır. Müstəsna hallarda ərizəyə baxılma müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər. Məmur baxılma müddətinin uzadılması haqqında vətəndaşı məlumatlandırmalıdır.

Dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi ilə bağlı şikayətlərə 15 iş günü ərzində baxılmalıdır. Sənədlərin qəbul edilməsindən, çap nöqsanlarının və səhvlərin düzəldilməsindən imtina ilə bağlı şikayətlərə 5 iş günü ərzində baxılmalıdır.


© Фонд "Центр гражданского анализа и независимых исследований"

При реализации проекта используются средства государственной поддержки, выделенные в качестве гранта в соответствии с распоряжением Президента РФ от 18.09.2013 № 348-рп, и на основании конкурса, проведенного Движением «Гражданское достоинство»

2014 - 2024