Dövlət və ya bələdiyyə xidmətləri haqqında məlumatları necə əldə etmək olar

 

Xidmətdən istifadə etmək üçün ərizəçi aşağıda göstərilənləri anlamalıdır:

  • xidməti əldə etməyə hüququnun olub-olmamasını
  • Kimə, hara və hansı ünvana müraciət etməlidir
  • Hansı sənədləri təqdim etməlidir
  • Xidmətin haqqı nə qədər olacaq.

Rusiya qanunvericiliyində ərizəçinin məlumatlandırılması ilə bağlı ciddi tələblər mövcuddur.

“Dövlət və bələdiyyə xidmətlərinin təqdim edilməsinin təşkil edilməsi haqqında” 27.07.2010-cu il tarixli 210-ФЗ nömrəli Federal qanununa əsasən, ərizəçi (həmçinin xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs) dövlət və bələdiyyə xidmətlərinin təqdim edilməsi qaydası haqqında tam, aktual və etibarlı məlumatı sorğu etməyə və almağa hüququ var.

Xidmət haqqında məlumatı (sənədlərin siyahısı, xidmətin dəyəri) tək şəxsi qəbulda yox, o cümlədən telefon və elektron poçt vasitəsi ilə əldə etmək olar.

Əgər xidmətin əldə edilməsi üçün hara müraciət etməyinizi bilirsinizsə:

  1. Məlumatı İnternetdə axtarmaq, çox güman ki, kiməs artıq bu məsələni həll etmişdir.
  2. Qurumun rəsmi saytına daxil olmaq, onun fəaliyyəti və xidmətlərinin çeşidi haqqında Əsasnaməsi ilə tanış olmaq, dövlət (bələdiyyə) xidmətinin İnzibati qaydasını oxumaq.
  3. Məlumatları dövlət və bələdiyyə xidmətlərinin Vahid portalında (www.gosuslugi.ru) və ya Perm diyarının dövlət və bələdiyyə xidmətlərinin Vahid portalında (www.gosuslugi.permkrai.ru) əldə edə bilərsiniz.
  4. Sorğunu hakimiyyət və ya bələdiyyə orqanına elektron poçt vasitəsi ilə göndərmək və ya sadəcə telefonla zəng etmək. Qanuna görə, hakimiyyət orqanları səlahiyyətləri haqqında məlumatları birinci tələb əsasında təqdim etməlidirlər.

Hakimiyyət orqanının rəsmi saytına daxil olun

Hər bir qurum öz rəsmi saytında səlahiyyətləri, göstərdiyi xidmətlər haqqında məlumatları, xidmətlərin İnzibati qaydalarının mətnlərinin, iş qrafikini dərc etməlidir.

İnzibati qaydanın mətni ilə tanış olun

Əgər siz dövlət və ya bələdiyyə xidmətini əldə edirsinizsə – hakimiyyət orqanına müraciət etməzdən əvvəl İnzibati qayda ilə tanış olun. Həmin qaydada xidmət, xidmətin göstərilməsi və şikayətin yönəldilməsi haqqında məlumatın verilməsi qaydası, eləcə də xidmətlərin dəyəri, göstərilmə müddətləri və məsul şəxslər haqqında məlumatlar ətraflı şərh edilmişdir. İnzibati qaydalar bütün xidmətlər üçün mövcuddur, qaydaların mətnləri məlumat lövhələrində, rəsmi saytlarda və dövlət və bələdiyyə xidmətlərinin portallarında dərc edilir.


© Фонд "Центр гражданского анализа и независимых исследований"

При реализации проекта используются средства государственной поддержки, выделенные в качестве гранта в соответствии с распоряжением Президента РФ от 18.09.2013 № 348-рп, и на основании конкурса, проведенного Движением «Гражданское достоинство»

2014 - 2024