Düzgün şikayət necə şikayət etmək olar
“Hakimiyyət orqanlarına necə müraciət etmək olar. Dövlət və bələdiyyə xidmətlərinin əldə olunması məsələləri üzrə müraciətin xüsusiyyətləri” (pdf)
Dövlət və ya bələdiyyə xidmətini təqdim edən orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə müraciət etmədən şikayət etmək olar.
Bunun üçün şikayəti hazırlamaq və göndərmək lazımdır. Şikayətlər həmişə yuxarı orqana ünvanlanır – yəni o orqana ki, pozuntuya yol vermiş qurum onun inzibati tabeliyindədir. Yuxarı təşkilatı dəqiqləşdirmək çətin deyil – onun haqqında məlumatlar qurumun İnzibati qaydalarında qəbulun aparıldığı yerlədə yerləşdirilmiş məlumat lövhələrində olmalıdır.
Əgər şikayət verilirsə
- qurumun əməkdaşlarının hərəkətlərindən – Şikayət kimə ünvanlanır Qurumun rəhbərinə
- bələdiyyə qurumlarının hərəkətlərindən və qərarlarından – Şikayət kimə ünvanlanır Bələdiyyə başçısına
- regional nazirlik və qurumaların hərəkətlərindən və qərarlarından – Şikayət kimə ünvanlanır Perm diyarının Hökumətinin Sədrinə
- Federal qurumların şöbələrinin hərəkətlərində – Şikayət kimə ünvanlanır Subyekt üzrə müvafiq federal qurumun İdarəsinə
- subyekt üzrə federal qurumun İdarəsinin hərəkətlərindən və qərarlarından – Şikayət kimə ünvanlanır Moskva şəhərində olan icra hakimiyyətinin müvafiq federal orqanına
Məhkəməyə qədər olan qaydada şikayət verilə bilən mümkün pozuntuların siyahısı:
- dövlət və ya bələdiyyə xidmətinin əldə olunması haqqında ərizənin qeydiyyat müddətinin pozulması;
- dövlət və ya bələdiyyə xidmətinin təqdim edilməsi müddətinin pozulaması;
- dövlət və ya bələdiyyə xidmətinin əldə olunması üçün nəzərdə tutulmayan sənədlərin tələb edilməsi;
- dövlət və ya bələdiyyə xidmətinin təqdim edilməsi üçün nəzərdə tutulan sənədlərin qəbulundan imtina edilməsi;
- dövlət və ya bələdiyyə xidmətinin təqdim olunmasından qanunsuz imtina edilməsi;
- dövlət və ya bələdiyyə xidmətinin təqdim olunması üçün nəzərdə tutulmamış ödənişin tələb olunması;
- dövlət və ya bələdiyyə xidmətinin təqdim olunması nəticəsində hazırlanmış sənədlərdə yol verilmiş çap nöqsanlarının və səhvlərin aradan qaldırılması ilə bağlı düzəlişlərin edilməsindən imtina edilməsi (və ya bu düzəlişlərin edilməsi üçün nəzərdə tutulmuş müddətin pozulması).
Şikayəti bilavasitə quruma (adi məktubla və ya elektron poçt vasitəsilə) yönəldə, eləcə də bunu qurumun rəsmi saytları və ya dövlət və bələdiyyə xidmətlərinin Vahid portal vasitəsi (www.gosuslugi.ru) təqdim edə bilərsiniz.
Şikayətə on beş iş günü ərzində baxılır.
Sənədlərin qəbul edilməsindən və ya yol verilmiş çap nöqsanlarının və səhvlərin düzəldirməsindən (və ya bu cür səhvlərin düzəldilməsi müəyyən olunmuş müddətinin pozulmasından şikayət verildikdə) imtina olunduğu halda – on beş iş günü ərzində.
Qanuna görə, şikayəti araşdıran şəxs, şikayət ərizənizi şikayət etdiyiniz orqan tərəfindən araşdırılması üçün həmin orqana göndərməyə hüququ yoxdur. Bu qayda həmçinin ərizəçilərin müdafiəsi üçün də istifadə edilir. Bu qadağanı pozmuş məmur, ərizənizə əsasən, RF İXM-nin 5.59-cu maddəsinə əsasən, 5 min rubldan başlayaraq 10 min rubl məbləğinədək cəriməni ödəməklə inzibati məsuliyyətə cəlb edilə bilər.